Qəzza danışıqlarında növbəti 48 saat həlledici olacaq-Tramp

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda növbəti 48 saatın həlledici olacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilir ki, Tramp bu fikri Ağ Evdə keçmiş girov İdan Aleksandr və onun ailəsi ilə görüş zamanı səsləndirib.

Məlumata görə, Tramp xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerə Misirdə keçiriləcək danışıqlarda tərəflər arasında razılaşma əldə etməyi tapşırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button