Qəzza razılaşması təsdiqlənsə, İsrailin milli təhlükəsizlik naziri istefa verəcək

İsrail hökuməti girovlarla bağlı razılaşmanı və Qəzza zolağında atəşkəsi təsdiqləsə İsrailin milli təhlükəsizlik naziri və “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir istefa verəcək.

Polise.az xəbər verir ki, o, bu haqda mətbuat konfransında danışıb.

“Bu sövdələşmə qəbuledilməzdir. Əgər bağlanarsa, “Otzma Yehudit” partiyası hökuməti tərk etmək tələbi ilə çıxış edəcək”, – o açıqlayıb.

Ben-Qvir əlavə edib ki, Qəzza zolağında müharibə yenidən başlasa, “Otzma Yehudit” hökumətə qayıtmağa hazır olacaq.

Eyni zamanda Ben-Qvir qeyd edib ki, o, Netanyahu hökumətini məhv etmək niyyətində deyil.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button