Qabbard: “İraqın işğalı ABŞ kəşfiyyatının ən bahalı uğursuzluğu idi”

ABŞ ordusunun İraqa müdaxiləsi ABŞ milli kəşfiyyatının ən bahalı uğursuzluğu olub, ölkənin təhlükəsizliyini və konstitusiya azadlıqlarını pozub.

Polise.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə namizəd Tulsi Qabbard “Newsweek” üçün yazdığı köşə yazısında bildirib.

O, qeyd edib ki, işğal qərarı Yaxın Şərqdə kütləvi miqrasiya və sabitliyin pozulmasına gətirib çıxarıb, həmçinin ABŞ-nin Avropadakı müttəfiqlərinin təhlükəsizliyini və sabitliyini pozub. Bundan əlavə, bu, “İslam Dövləti” terrorçularının artmasına, “Əl-Qaidə” terror qruplaşmasının və digər təşkilatların güclənməsinə, “həmçinin İranı cəsarətləndirməyə” rəvac verib.

Qabbard əlavə edib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi amerikalılar üçün uğursuzluq silsiləsini qırmaq, silahlanmaya və kəşfiyyat cəmiyyətinin siyasiləşməsinə son qoymaq üçün aydın mandatdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button