Qadın qətllərinin çoxalmağının səbəbi nədir?

Avqustun 3-də Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilməsi ölkə gündəmini zəbt edib.

Qadının hadisədən öncə döyülməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinin bölmələrinə dəfələrlə şikayət etməsindən aydın olur ki, onun məişət zorakılığının qurbanına çevriləcəyi əvvəlcədən bəlli idi. Bəs niyə cinayətin qarşısı aidiyyəti qurumlar tərəfindən vaxtında alınmadı, yaxud məişət zorakılığına aid qanunda da ailədaxili şiddətlə üzləşən şəxslərə ilkin olaraq hüquqi və psixoloji, həmçinin sosial yönümlü yardımların göstərilməsi, onların sığınacaqlara yerləşdirilməsi kimi müddəalar öz əksini tapsa da, nəyə görə bununla bağlı işlək bir mexanizm yoxdur? 

Vəkillər Kollegiyasının üzvü İlhamə Zakirqızı məsələ ilə bağlı qeyd edib ki, bunu böyük ictimai təhlükə törətməyən cinayət, hətta inzibati xəta hesab edirlər. 

Hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, ölkədə məişət zorakılığı ilə bağlı hadisələrin 90 faizi gizli qalır. Çünki qadınların həyat yoldaşları tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətləri çox vaxt ailənin dağılması ilə nəticələnir. Bu isə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlardan ibarət xüsusi polis qruplarının yaradılmasını labüd edir. 

Sadalananlardan aydın olur ki, məişət zorakılığı ilə bağlı məsələlərə ciddi yanaşılmayacağı, bununla bağlı bir sistem formalaşdırılmayacağı təqdirdə qadın qətlləri, qadınlara qarşı cinayətlərin sayı artacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button