Qadınların hərbi xidmət müddəti azaldıldı

Azərbaycanda hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklik edilib

Polise.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliyi imzalayıb.

Dəyişikliklərə əsasən, hərbi xidmət müddəti ilə bağlı bəzi müddəalar yenilənib. Belə ki, ehtiyatdan hərbi xidmətə qəbul olunan şəxslər üçün xidmət müddəti 3 il olaraq saxlanılıb, qadınlar üçün isə bu müddət 6 ay müəyyən edilib.

Eyni zamanda, sənəddə terminoloji dəyişikliklər də aparılıb. “Qulluq” sözü “xidmət” sözü ilə əvəz olunub, eləcə də müddətlərin göstərilməsi ilə bağlı ifadələr “ay/il” formatına uyğunlaşdırılıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button