Qalibaf: ABŞ atəşkəsi pozduğu müddətdə İran Hörmüz boğazını açmayacaq

ABŞ atəşkəsi pozmağa və dəniz blokadası davam etdiyi müddətdə İran Hörmüz boğazını açmayacaq.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf bildirib.
“Tam atəşkəs dəniz blokadası ilə pozulmadığı və qlobal iqtisadiyyatı girov götürmədiyi zaman məntiqlidir. Hörmüz boğazının açılması atəşkəsin ən kobud şəkildə pozulması şəraitində mümkün deyil” – Qalibaf qeyd edib.
Polise.az



