Qalstanyan Paşinyanı Bakıya getməyə çağırdı

Ermənistanın baş naziri vəzifəsini tutan şəxs şəxsən Bakıya getməli və Azərbaycan prezidenti ilə özünün sevimli ikitərəfli danışıqlar formatından istifadə edərək əsir, girov götürülmüş və saxlanılan bütün soydaşlarımızın (erməni separatçılarını və canilərini nəzərdə tutur – red.) dərhal öz vətənlərinə qayıtmasını mümkün edəcək nəticə əldə etməlidir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyanın yaydığı bəyanatda deyilir.
Bəyanatda daha sonra bildirilir:

“Noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtında BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP 29) keçiriləcək və orada iştirak etmək üçün Ermənistanın baş nazirinə rəsmi dəvət göndərilib. Müxtəlif rəsmilərin Bakıya gedib-getməməsi ilə bağlı ziddiyyətli şərhləri, tədbirdə iştirakla bağlı yekun qərarın olmadığını göstərir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button