“Qara güclər”in qorxulu silahı: Onu virus da unutdura bilmir

Son zamanlar pandemiya xəbərlərinin kölgəsində qalsa da, beynəlxalq terrorizm son dövrlərin ən qlobal probleminə çevrilərək, dünya nizamını təhdid edir.

XXI əsrin əvvəllərində artıq 70-dən çox dövlətdə öz fəaliyyətində terrordan istifadə edən minlərlə qrup və təşkilatlar mövcud olub.Terrorizm və ekstremizm ölkələrin və vətəndaşları təhdid altında saxlayır, əhaliyə güclü psixoloji təsir edir və bir çox insanın həyatına son qoyur.Son illərdə terror fəaliyyətlərinin eskalasiyası baş verir.

Belə ki, terrorizmin miqyası genişlənir, xarakteri mürəkkəbləşir, terror aktlarının sayı artır, formaları, obyektləri və məqsədləri tamamilə dəyişir.Xüsusən son dönəm terror hadisələri öz qəddar şəkli ilə seçilir.Sadə, siyasətə daxil olmayan, zəhmətkeş insanlar isə bu terror aktlarının qurbanına çevrilirlər.Yəni terror təşkilatları qarşılarında duranla mübarizə aparmaq üçün birbaşa ona deyil, himayəsində olanlara hücum edirlər.Qlobal siyasi fikir terrorizmi pisləsə də, siyasətləri gərəyi onlardan yararlanmaq istəyərkən terror qruplaşmalarını dəstəklədikləri danılmazdır.Texnologiya inkişaf etdikcə terrorçuların da fəaliyyətlərinin çeşidləri artmağa başlayır.Onlar müasir texnologiyanın inkişafından yararlanar daha böyük təhdid obyektinə çevrilirlər.Heç bir siyasi məsuliyyət daşımadan istənilən terror aktlarını həyata keçirən bu terrorçuların əsas məqsədi ölən insan sayının və ya dəyən zərərin çox olmasına çalışmaqla cəmiyyətdə böyük təşviş yaratmaqdır.2001-ci ildə baş verən 11 sentyabr hadisələri də bunun bariz göstəricisidir. Bu terror aktının Əl-Qaidə tərəfindən həyata keçirildiyi ilə bağlı fikir birliyi əldə olunsa da, zaman zaman 11 sentyabr hücumlarının Yaxın Şərq siyasətinə zəmin hazırlamaq istəyən ABŞ-ın özü tərəfindən gerçəkləşdirildiyi ya da ən azından hücumlara bilərək göz yumulduğu kimi sui-qəsd nəzəriyyələri də formalaşıb. Terrorizmin kökləri əsrlər əvvələ, dünyagörüşünün insan psixologiyası ilə qəbul edildiyi dövrə qədər gedib çıxır.Müasir beynəlxalq terrorizm qloballaşma prossesləri, qlobal inkişafın müasir mərhələsindəki anlaşılmazlıqlar, dünya iqtisadi böhranı və s.ilə əlaqəlidir.Hakimiyyəti ələ keçirmək və həyata keçirmək vasitəsi kimi terrorizm praktiki olaraq bir çox ölkələrdə geniş tətbiqini tapıb.Terrorizmin təkamülündə Böyük Fransa İnqilabı xüsusi mərhələ təşkil edir.Onun əhəmiyyəti ondan ibarətdir ki, o, siyasi hakimiyyətin ələ keçirilməsi və saxlanması üçün ən mühüm amil kimi institutlaşıb.Məhz bu 1792-ci ildə Fransada iki başlıca siyasi qruplaşmanın – jirondistlər və yakobinçilərin birləşməsinə səbəb oldu.Onlar birləşərək kral XVI Lüdoviqin nazirlər kabinetini qorxutmaq, dəhşətə gətirmək məqsədi güdürdülər.Həmin dövrdə terror fransız inqilabı ideolooqları tərəfindən kütləvi xalqın ayağa qalxması və despotik rejimin devrilməsi üçün istifadə edilirdi.Belə ki, ölkədə hakimiyyətin ələ keçirilməsindən sonra, onlar heç də terrordan əl çəkməmiş, əksinə, artıq terroru öz vətəndaşlarına qarşı istifadə etməyə başlamışlar.

I və II Dünya Müharibələrinin də başlamasına bəhanə terror aktları olub.Soyuq Müharibədən sonra dəyişikliyə uğrayan, beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətli bir təhdid halına gələn terrorizm, bu tarixdən etibarən fəaliyyət sahəsini milli sərhədlərin kənarına daşımış və bütün dünyaya təsir edən bir gücə çatıb.Terrorizmin beynəlxalq miqyasdakı təsirlərini anlamaq üçün terrorçu hücumları ilə bağlı faktları görmək kifayətdir.Xüsusilə 1990-cı illərin əvvəlindən etibarən terrorçu fəaliyyətlərin dəyişiklik meyli diqqət çəkir.Keçirilən aksiyaların, izdihamlı yerləri hədəfə alınması, dağıdıcı gücü yüksək olan bombalardan istifadə edilməsi bu dəyişikliyin qarşıya çıxan elementləridir.Məhz bu səbəbdən terror aktlarının sayı azalsa da, tələfat həddi yüksəlib.

Terrorun hədəfə aldığı ölkələr

1987-ci ildə 666, 1991-ci ildə 565, 1996-cı ildə isə 296 terror aktı həyata keçirilib. Buna qarşılıq olaraq, Asiyada 1992-ci ildə 13 terror aktında həlak olanların sayı yalnız 25 ikən, 1995-ci ildəki 16 terror aktında ölənlərin sayı 5639-a yüksəlib. Avropada 1992-ci ildə 113 terror aktı 65 can alarkən, 1996-cı ildəki 121 terror aktı 503 nəfərin həyatını itirməsinə səbəb olub. 2014-cü ildə 75 fərqli ölkədə 10981 nəfər terrorizmə məruz qalıb.Nəticədə 30 min 923 nəfər həyatını itirmiş, 34 700 nəfər yaralanmış və 9 400 nəfər oğurlanıb. Bu hadisələrdən ən çox təsirlənən ölkələr, hadisə sayına müvafiq olaraq İraq, Suriya, Pakistan, Əfqanıstan, Hindistan, Yəmən, Somali, Türkiyə, Kolumbiya və Tayland olub. 2015-ci il qlobal terrorizm reytinqində əks olunan tədqiqatların nəticələrinə görə 2000-ci ildən 2014-cü ilə qədər 61 min terror aktı baş verib ki, bunların da nəticəsində 140 min nəfər öz həyatını itirib. Son illərdə ən çox PKK/YPG, İŞİD, Əl-Qaidə, Əş- Şəbab, ASALA, ETA və s. terror təşkilatlarının törətdiyi terroraktlarını gözdən keçirsək bu mənzərə daha aydın görünər.

2002-ci il Bali terror aktı

Xaricilər tərəfindən “cənnət adası” adlandırılan və əsas turizm məntəqələrindən biri olan Bali adasında 2002-ci ildə baş vermiş terror nəticəsində 200-dən çox adam həyatını itirmiş, 300-dən çox adam xəsarət alıb. Bomba 2002-ci il oktyabr ayında Kuta-Biç kurort zonasında “Sari” gecə klubunda partlayıb. Kurortda dincələnənlərin əksəriyyəti xaricilər, daha çox sülhsevər Avstraliya vətəndaşları olub.Bu aktın baş verməsində ABŞ əl-Qaidəni günahkar görür.Maraqlı olan isə odur ki, Balidə partlayış əL-Qaidənin digər terror aktının ildönümü günü baş verib.Məhz həmin gün Əl-Qaidənin terroristləri Yəməndəki amerikan esminosu Cole-nin göyərtəsində özlərini partlatmış, 17 dənizçi həyatını itirmişdi.

2002-2006-cı il Filippin terror aktı

Kifayət qədər çox islamçıların yaşadığı Filippində partlyışlar da kifayət qədərdir.Zamboanqa şəhərində, ticarət mərkəzində baş verən partlayışda 4 nəfər həyatını itirmiş, 80 nəfər xəsarət almışdır.2004-cü ilin yanvar tarixində Mindanao əyalətində idman zalında partlayış nəticəsində 10 nəfərt ölmüş, 40 nəfər xəsarət almışdır.Bomba yüzlərlə insanın basketbol matçına yığışdığı zalın yanında motosikldə gizlədilmişdi.2006-ci ilin 11 oktyabrında Şimali Kotabato əyalətinin Makilala şəhərində partlayış nəticəsində 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb.1 gün əvvəl isə, 10 oktybrda Makilaladan 50 km məsafədə yerləşən Takuronq şəhər bazarında başqa bir bomba partlamış və 4 nəfər xəsarət alıb.

15-20 noyabr 2003 hücumları

İstanbulda 15 və 20 noyabrda baş vermiş 4 ayrı bombalı hücum nəticəsində 57 nəfərin ölmüş, 513 nəfər isə yaralanıb. Bu məsələ Türkiyədə də “beynəlxalq terrorizm” anlayışını gündəmə gətirib.Hücumların bomba yüklü yük maşınları ilə edilməsi, partlayıcıların dağıdıcı gücünün çox yüksək olması, aktlarda canlı bombaların istifadə olunması və fəaliyyət planları ilə birlikdə əlaqələr izləndikdə Türkiyənin bu tərzdə bir terror aktına uyğun olmadığı görünür. İstanbulda Neve Şalom və Beth İsrael sinaqoqları ilə, HSCB Bankı və İngilis Baş Konsulluğuna istiqamətlənmiş bombalı hücumu gerçəkləşdirdikləri müəyyənləşdirilən Gökhan Elaltuntaş, Mesut Çubuk, Glyas Kuncak ve Ferudun Uğurlunun haqqında aparılan araşdırmalar sonrasında, hücumların xariclə əlaqəli olduğu nəticəsinə gəlinib. Sonradan Əl-Qaidənin 2003-cü ildə İstanbulu bombalamaq üçün kuryer vasitəsilə Əfqanıstandan 160 min dollar gətirdiyi və bu fəaliyyətləri gətirmiş olduqları həmin pulla maliyyələşdirdikləri məlum olub. 11 Mart 2004 hücumları (İspaniya): 11mart 2004 tarixində Madriddə seçimlərə çox az bir müddət qalan bir vaxtda dörd ayrı qatara qoyulan on bombanın eyni zamanda partladılması ilə meydana gələn terror aktlarında 191 nəfər həyatını itirmiş və 143 nəfər də yaralanıb. Hadisə ilə bağlı ETA və Əl- Qaidə terror təşkilatları günahlandırılsa da polis hücumlara aidiyyatı olan 6 Mərakeş vətəndaşının təsbit edildiyini bildirib.

7 iyul 2005 London terror aktı

7 iyul London hücumları İngiltərənin 11 sentyabrı olaraq adlandırılmış və Böyük Britaniyanın terror mövzusundakı təşvişini bir qədər də artırıb.7 iyul hücumları koordinasiya edilmiş intihar hücumları seriyasıdır.Hadisələrdə 56 nəfər həyatını dəyişib, 700-dən artıq insan yaralanıb.7 iyul hücumlarından sonra 2005-ci ildə 130 terror şübhəlisi tutulub, bunlardan sadəcə 4 nəfərin əsl fəaliyyti müəyyənləşdirilib.

5 aprel 2013 Boston terroru

Bostonda hər il keçirilən marafonda finiş xəttində 2 partlayış baş verib. Faciə rəsmi olaraq terror kimi qəbul edilib.Məsuliyyətini Sarnaevo qardaşları öz üzərinə götürüb.3 ölən, 280-dən çox yaralanan olub. 6 iyun 2015 Tunis: Terroristlər Sus kurort çəhərinin yaxınlığındakı Port əl-Kantaui çimərliyinə hücum edib və iki mehmanxananın turistlərini güllələməyə başlayıb. Hücum edənlərdən biri yerindəcə öldürülmüş, digəri isə yaxalanıb. Məsuliyyəti İslam Dövləti üzərinə götürüb , terror aktı nəticəsində 40 nəfər həyatını itirib.

3 aprel 2017 Sankt-Peterburq teraktı

Sankt-Peterburq metrosunda törədilən terror aktı 16 nəfərin həyatına son qoyub, 87 nəfər yaralanıb.Heç bir terror təşkilatı məsuliyyəti oz üzərinə götürməmişdi. Amma yerli hüquq mühafizə orqanlarının bildirdiklərinə görə 22 yaşlı kamikadze böyük ehtimal “Əl-Qaidə” ilə bağlı olan “Katiba al İmam-Şamil” qruplaşmasının üzvü olub.

18 fevral 2018, Kizlyar hadisəsi

22 yaşlı bir şəxs kilsədən çıxan insanlara iri çaplı tüfəngdən atəş açaraq 5 nəfərin həyatına son qoymuş, 4 nəfəri yaralamışdı.Bu aktın təşəbbüskarı olaraq İŞID çıxış etmişdi.Bunlardan başqa 1988-1994-cü illər ərzində ASALA tərəfindən Azərbaycan ərazilərində 373 terror aktı törədilib. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində baş vermiş terror aktında ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdı. Qarabağ müharibəsində də ermənilər də terrorçuluq fəaliyyəti aparıb.Məlumata görə, 1200-dən artıq soydaşımız ASALA tərəfindən öldürülüb, 1700-dən artıq soydaşımız isə yaralanıb.ASALA 1980-ci illərin ikinci yarısından etibarən fəaliyyəti genişləndirib və fəaliyyətini Qarabağda davam etdirib.Tovuz hadisələrində də xaricdə yaşayan din soydaşlarımıza qarşı bu terrorçu təşkilatın zor tətbiq etdiyinin şahidi olduq.Şərqdə olan terror təşkilatları ən çox Suriya, İraq, Yəmən Liviya, bəzi ərəb ölkələrində fəaliyyət göstərirlər. Xüsusən PKK-nın Suriyada məskən salaraq qardaş Türkiyənin ərazi bütövlüyünü təhdid etdiyi məlumdur. Buna görə də Türkiyə dövləti bir neçə xüsusi antiterror əməliyyatları keçirərək bu terrorçuların kökünü kəsmək üçün mübarizə aparır.PKK/PYD-ni İran və ABŞ-ın dəstəklədiyi bilinməkdədir.Digər bir terror təşkilatı olan İŞİD Ərəb Baharı nəticəsində fəallaşdı.Ərəb baharının nəticələrindən biri də Tunisdə, Misirdə daha sonra isə Liviyada, Pakistandan tutmuş İspaniyayadək ərazidə terrorizmin ocağına çevrilməsi oldu. Bu dövr İŞİD terror qruplaşması inkişaf etməyə başladı.O əvvəl öz varlığını qeyd etdi, adına pul kəsdi, bayraq hazırladı. Daha sonra isə Yaxın Şərqdə yeni siyasi iddialar irəli sürməyə başladı.Onun iddiaları sadəcə Yaxın Şərqlə kifayətlənmir, həm də Şimali Afrika və Mərkəzi Asiya regionlarını da əhatə edirdi.Hazırda isə bu terror təşkilatının qalıqları fəaliyyətdədir.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button