Qarabağ müharibəsi sovet dövründə istehsal edilən tanklarının zəifliyini nümayiş etdirdi
Ermənistan ordusunun zirehli texnikaları Azərbaycanın yüksək texnolojı pilotsuz uçuş aparatları (PUA) üçün əla bir hədəfə çevrildi.
Bu barədə Rusiyanın “Zvezda” həftəlik nəşrində dərc olunan məqalədə bildirilib.
“Müasir tanklar, müəyyən mənada İkinci Dünya müharibəsi zamanı istifadə olunan zirehli maşınlardan daha zəifdir, çünki təhdidlərin xarakteri və sayı artıb. Dağlıq Qarabağda yenicə başa çatmış müharibə bunu uğurla nümayiş etdirdi”, – deyə nəşrdə etiraf edilir.
“Zvezda” onu da vurğulanıb ki, Rusiya müdafiə sənayesi kompleksi bu müharibədən sonra müvafiq nəticələr çıxaracaq.
Qeyd edək ki, oktyabr ayında hərbi ekspert Aleksey Xlopotov Dağlıq Qarabağdakı münaqişəni şərh edərkən tankların indiki formada müasir pilotsuz uçuş aparatlarına qarşı praktik olaraq müdafiəsiz olduqlarını deyib.
Həmçinin, “The National Interest” Qarabağda döyüş əməliyyatları zamanı erməni tərəfinin çox sayda hərbi texnikasının məhv edilməsinin səbəblərindən biri kimi onların kifayət qədər taktiki hazırlığının olmamasından qaynaqlandığını yazıb.