Qarabağda daha bir erməni hərbçisinin cəsədi tapıldı

Qarabağda həyata keçirilən axtarış tədbirləri nəticəsində daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olunub.

Bu barədə Ermənistanın news.am portalı məlumat yayıb. Məlumatda cəsədin qalıqlarının yanvarın 30-da aşkar olunduğu bildirilib. Bu gün isə axtarış tədbirləri həyata keçirilməyib.

Beləliklə, bugünədək Azərbaycan ərazisində cəsədləri tapılan, ikinci Qarabağ müharibəsi zamanı öldürülmüş erməni hərbçilərinin ümumi sayı 1345 nəfərə çatıb.

Hamısını Göstər

Related Articles

Back to top button