Qarabağda döyüşmüş erməni separatçı: “Biz qalib gələ bilməzdik”
44 gün davam etmiş müharibə noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatla sona çatdı.
İrəvanda yaşayan və döyüşlərdə iştirak edən V.Vardanyan müharibə ilə bağlı fikirlərini bölüşüb:
“Hamı da çox yaxşı bilir ki, Şuşanı azad etmək o qədər də asan deyil. Bir halda ki, onlar artıq Şuşaya çatmışdı, Xankəndiyə çatmaq onlar üçün dəqiqələr demək idi. Biz birmənalı olaraq qalib gələ bilməzdik. Kimsə elə bilirsə ki, biz bu müharibədən qalib çıxa bilərdik, nağıl janrı həvəskarıdır”.