Qarabağda ermənilərin “Mersedes”i sülhməramlıların “BTR”ilə toqquşub: Ölən və yaralanan var
Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb.
Bu barədə “Caliber” məlumat yayıb.
İlkin məlumata görə, bir nəfər ölüb, bir nəfər yaralanıb.
Həmçinin, sülhməramlıların həmin ərazidə yolu bağladığı bildirilib.



