Qarabağda məhv edilən daha bir erməninin adı açıqlandı

Ermənistanın Qarabağ döyüşlərində itirdiyi hərbçilərdən birinin də adı açıqlanıb. 

Erməni mediasına istinadən bildirilir ki, həmin şəxs “Amulsar aktivistləri”ndən biri olan Qarik Arutyunyandır. Dostlarının bununla bağlı yaydığı məlumata görə, DNK analizi nəticəsində onun şəxsiyyəti müəyyən olunub.

Qeyd edək ki, son illər ərzində Amulsar qızıl yatağında aparılan işlərlə əlaqədar hökumətə qarşı davamlı etiraz aksiyaları keçirilirdi.

Amulsar yatağı Ermənistanın cənub-şərqində, Cermuk şəhərindən 13 kilometr məsafədə, Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Yatağın istismarının ekoloji fəlakət yaratması davamlı etirazlara səbəb olmuşdu.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button