Qarabağdakı vəziyyət ATƏT PA-nın qış sessiyasında müzakirə oluna bilər

Dağlıq Qarabağ mövzusu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında müzakirə oluna bilər.

Bunu Trend-ə ATƏT-in nümayəndəsi deyib.

O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak üçün qeydiyyatdan keçib.

Onun sözlərinə görə, bu, ATƏT-də regionla, o cümlədən Azərbaycanla bağlı məsələlərin müzakirəsi üçün imkan yaradır:

“Adətən, bu görüşlərdə Qarabağdakı vəziyyət müzakirə olunur. Baş vermiş İkinci Qarabağ müharibəsi fonunda bu il də bunu gözləmək olar”.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 24-dən 26-dək onlayn formatda keçiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button