Qardaşı uşaqlarını öldürməyə cəhddə şübhəli bilinən əmiyə cinayət işi açıldı

Cəlilabadda 1 nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etmə faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Moderator.az-a Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button