“Qardaşım Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram” – “Fransa artıq vasitəçilik rolunu itirib”
yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. Nə dedi? “Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər” dedi. Eyni tövsiyəni mən də verirəm”.
R.T.Ərdoğan, həmçinin, Minsk Qrupunun Qarabağ məsələsində vasitəçilik roluna toxunub və qeyd edib ki, Fransa artıq vasitəçilik rolunu itirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının Dağlıq Qarabağın “müstəqilliyini tanıması” ilə əlaqədar hökumətə çağırışına münasibət bildirərkən, Parisə “çox istəyirsə, Marseli ermənilərə vermələrini” təklif etmişdi.