Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”də olan sərnişinlər, rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.