Qaxda 3 ton narkotik vasitə məhv edilib
Qaxda meşə massivində yabanı halda bitən 3 ton çətənə kolu məhv edilib.
“Xaş-xaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.



