Qaxda hotellərdə COVID-19 pasportu ilə əlaqədar yoxlamalar keçirilib

Qaxda karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar nəzarət-yoxlama tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon  ərazisində fəaliyyət göstərən  hotellərdə monitorinq aparılıb və mövcud tələblərin yerin yetirilməsinə nəzarət olunub.  Belə ki, planşet vasitəsilə orada qalan qonaqların  COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, otellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb. Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Hamısını Göstər

Related Articles

Back to top button