Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
Qax rayonu Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən motosikletin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin zərərçəkmişin həmkəndlisi və iş yoldaşı Qurban Qurbanlı olduğu müəyyən edilib. O, əməlini etiraf edib və oğurladığı motosikleti Bakı şəhərinə apararaq orada 600 manata satdığını bildirib. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsinin paytaxtdan Gəncə şəhərinə satıldığı məlum olub və oradan götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.