Qaxda polis əməkdaşları reyd keçirib, karantin qaydalarını pozanlar barəsində inzibati tədbir görülüb

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon İcra hakimiyyəti  və Polis Şöbəsiəməkdaşlarının birgə iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, reyd zamanı fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda yoxlamalar aparılıb.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı bəzi vətəndaşların qaydalara riayət etmədiyi aşkarlanıb. Belə ki, əvvəllər dəfələrlə izahedici söhbətlər aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də analoji qayda pozuntularına yol verən sahibkarlara rast gəlinib. Həmin şəxslər barəsində polislər tərəfindən qanunvericiliyə uyğun tədbir görülüb.

Həmçinin, Polis Şöbəsində obyekt sahibləri və icarədarlarla görüş təşkil olunub ki, burada da Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar və göstərişlərə uyğun fəaliyyət göstərməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button