Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib

Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin maarifləndirilməsi məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində növbəti reyd təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, reyd  zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib.Təhlükəsizlik kəmərindən istifadənin önəmi onların diqqətinə çatdırılıb və barələrində protokol tərtib edilərək cərimələniblər.

Hamısını Göstər

Related Articles

Back to top button