“Qayda belədir: Oğru oğru ilə, cinayətkar cinayətkarla yoldaşlıq edər!”

“Dövlətlərarası münasibətlər də insanlararası münasibətlərə bənzəyir. Qayda belədir: Oğru oğru, cinayətkar cinayətkarka yoldaşlıq edər. Buna görə də birinə bələd olsanız, birini tanısanız, onun yoldaşlıq etdiyi digər insanı və ya dövləti də tanımış olacaqsınız”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan və Fransanın timsalında bu həqiqətə bir daha şahid olmaq mümkündür:
“Ermənistan cinayətkar dövlətdir. Onun dostu isə tarixən digər xalqlara qarşı ağır qətliamlar törədən, bu gün də azsaylı, məzlum xalqların hüquqlarını kobud şəkildə pozan Fransadır.
Göründüyü kimi, həm Ermənistan, həm də Fransanın tarixi cinayətlərlə, qan və qətliamlarla zəngindir. Bu gün də onlar bir yerdədirlər və Fransa açıq şəkildə Ermənistana dəstək verir, onu yeni təxribatlara sövq edir.
Məlum fakt bir daha göstərir ki, dövlətlərin tarixi keçmişi, yürütdüyü siyasət, hadisə və proseslərə baxışı onların gələcəyinə, digər dövətlərlə münasibətinə yön verir. Buna görə də cinayətkar cinayətkarın, dürüst dürüstün, ədalətli ədalətlinin yanında qərar tutur”.
Polise.az