Qazaxda Vətən müharibəsi şəhidi Sərxan Abdullayevin xatirəsinə həsr olunan ehsan bulağı istifadəyə verilib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, DİN-in Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Sərxan Abdullayevin 33 yaşının tamam olması münasibəti ilə doğulduğu Qazax rayonunda xatirəsi əbədiləşdirilib. Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhidin adına bulaq kompleksi inşa etdirilib. Tədbirdə RPŞ-nin əməkdaşları ilə bərabər, rayon icra hakimiyyətinin nümayəndəsi, yerli idarəetmə orqanlarının əməkdaşları, kənd sakinləri və şəhidin döyüş yoldaşları iştirak edib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək düşmənin torpaqlarımıza təcavüz etdiyi ilk günlərdən daxili işlər orqanlarının savaşın önündə olduğunu diqqətə çatdıraraq, polis və Daxili Qoşunların mindən çox şəhid verdiyini, onların hünərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsində də Daxili Qoşunların hərbi qulluqçularının əsl qəhrəmanlıq dastanı yazdıqlarını qeyd edərək, 66 nəfər hərbi qulluqçunun Şəhidlik zirvəsinə yüksəldiyini, 346 nəfər hərbi qulluqçunun yaralandığını, 4 nəfər hərbi qulluqçunun (1 nəfəri ölümündən sonra olmaqla) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb. Dövlətimizin başçısı tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söz açan S.Əsədov hər kəsin  bu yöndə bacardığını əsirgəməməli olduğunu deyib.

Şəhidin atası Elxan Abdullayev ölkə və DİN, eləcə də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, şəhidlərimizin xatirəsinə olan hörmət və ehtiramı yüksək  qiymətləndirib.

Hamısını Göstər

Related Articles

Back to top button