Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 44 yaşlı Namiq Abbasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən “Report”a verilən məlumata görə, onun yaşadığı ünvandan marixuana, eləcə də “Kalaşnikov” avtomatı, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button