Qazaxıstan lideri: “Bir kəmər, bir yol” ilə Orta Dəhlizin gələcək sinerjisinə böyük əhəmiyyət veririk”

Trans-Avrasiya dəhlizləri arasında gələcək sinerji qurmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çərçivəsində strateji dəniz limanları və logistika mərkəzlərinin tərəfdaşlıq şəbəkəsinin yaradılması istiqamətində tədbirlər görülməlidir.

Polise.az  “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada keçirilən ŞƏT sammitində deyib.

“Çinin “Bir kəmər, bir yol” meqalayihəsi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), “Şimal-Cənub”, “Mərkəzi Asiya-Cənubi Asiya” vektoru daxil olmaqla trans-Avrasiya dəhlizləri arasında gələcək sinerjiyə böyük əhəmiyyət veririk”, – Tokayev bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsində əlaqələrin gücləndirilməsi ŞƏT-in prioritet sahələrindən biridir: “ŞƏT çərçivəsində əməkdaşlığın üçüncü sahəsi səmərəli dəhlizlər və etibarlı təchizat zəncirləri yaratmaqla nəqliyyat əlaqələrinin gücləndirilməsidir”.

Qazaxıstan Prezidenti hesab edir ki, ŞƏT çərçivəsində əməkdaşlığın üçüncü istiqaməti səmərəli dəhlizlər və etibarlı təchizat zəncirləri yaratmaqla nəqliyyat əlaqələrinin gücləndirilməsidir

O, əməkdaşlığın prioritet istiqamətləri arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsini də qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button