Qazaxıstan Prezidenti Astananın Azərbaycan ilə Ermənistan arasında sülh prosesində rolundan danışıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sinqapura dövlət səfəri zamanı təqdim etdiyi mühazirədə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqinə dair səyləri nümunə göstərib.

Polise.az  Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı qlobal təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində orta güclərin rolu kontekstində fikirlərini ifadə edib.

Qazaxıstan Respublikasının Prezidenti, həmçinin İranın nüvə proqramı, Suriya münaqişəsinin həlli üçün Astana prosesi və BMT missiyası çərçivəsində Qolan təpələri bölgəsinə ilk müstəqil sülhməramlı kontingentin bu yaxınlarda göndərilməsi ilə bağlı vasitəçiliyi qeyd edib.

Kasım-Jomart Tokayev vurğulayıb ki, Qazaxıstan heç vaxt öz qanuni hüquqlarını və maraqlarını qorumaqdan, ölkənin əsas prinsipləri naminə qurbanlar verməkdən çəkinməyəcək. O deyib: “Bəzən bizim mövqeyimizə şübhə ilə yanaşılır və neytral olduğuna görə tənqid edilir. Bununla belə, neytrallığı əqidəsizliklə səhv salmaq olmaz. Bu, əksinə, münaqişə və məcburiyyətdən daha çox diplomatiya və dialoqun xeyrinə şüurlu seçimdir. Bu seçim bizim gücümüzdür və bizə ərazi mübahisələrindən tutmuş ideoloji münaqişələrə qədər dərin parçalanmaları aradan qaldırmağa kömək etməyə imkan verir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button