Qazaxıstan Prezidenti Özbəkistana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə aprelin 5-də Özbəkistana səfər edəcək.

Polise.az  bu barədə Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Qədim Xivə şəhərində baş tutacaq danışıqlarda Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, çoxplanlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, danışıqlar zamanı liderlər qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına, iqtisadiyyatın əsas sahələrində kooperasiya əlaqələrinin inkişafına və s. məsələlərə xüsusi diqqət yetirəcəklər.

Mətbuat xidməti əlavə edib ki, dövlət başçıları regional gündəlikdəki məsələləri də müzakirə edəcəklər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button