Qazaxıstan Prezidenti Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Qəzza zolağının idarə olunması üzrə Sülh Şurasına qoşulmağa, Astananı isə bu qurumun təsisçilərindən biri olmağa dəvət edib. Tokayev cavab məktubu göndərərək razılığını bildirib.
Polise.az Teleqraf istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibinin köməkçisi Ruslan Jeldibay məlumat verib.
“Bir sıra ölkə liderlərinin bəyanatlarından sonra Prezident Donald Trampdan belə bir rəsmi müraciətin alındığını gizlətmək düzgün olmazdı. Bəli, Prezident Kasım-Jomart Tokayev dünya liderləri arasında ilk olaraq Sülh Şurasına üzv olmaq, Qazaxıstanın isə təsisçi dövlətlərdən biri kimi çıxış etməsi barədə rəsmi dəvət alıb”, – o deyib.
Jeldibay qeyd edib ki, Tokayev ABŞ Prezidentinə səmimi təşəkkürünü ifadə edən və bu yeni birliyə üzv olmağa razılığını təsdiqləyən məktub göndərib.
Polise.az



