Qazaxıstan Rusiyaya nota verdi

Qazaxıstan Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Vyaçeslav Nikonovun bu ölkənin ərazisi ilə bağlı açıqlamasına görə Rusiyaya nota verib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Vyaçeslav Nikonovun açıqlaması ilə əlaqədar Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Aleksandr Komarov Qazaxıstan XİN-ə dəvət edilib:

“Görüş zamanı Qazaxıstan xarici işlər nazirinin müavini Marat Sızdıkov Birinci Kanalda Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədri Vyaçeslav Nikonovun açıqlamalarından narahatlığını bildirib. Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən bu cür bəyanatların adekvat qiymətləndirilməsini gözləyir və Rusiya Federasiyasının dövlət xadimlərindən bu tipli bəyanatların irəli sürülməsinin qarşısını almaq üçün tədbirlər görməyi tələb edir”.

Qeyd edək ki, rusiyalı deputat açıqlamasında demişdi ki, Qazaxıstan ərazisi Rusiyanın böyük bir hədiyyəsidir.

Hamısını Göstər

Related Articles

Back to top button