Qazaxıstan və Azərbaycan XİN rəhbərləri danışıb

Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Nazir Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.

Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində iqtintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.

Nazir Ceyhun Bayramov Qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button