Qazaxıstan və Türkiyə “Əbədi dostluq” bəyannaməsi imzalayacaq

Qazaxıstan və Türkiyə “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında” bəyannamə qəbul edəcək.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Bu gün biz “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq” bəyannaməsini qəbul edirik. Bu mühüm sənəd Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına yeni təkan verəcək. Hər iki ölkənin bu məsələdə eyni niyyəti və arzuları var. Buna görə də, böyük potensiala və imkanlara malik olduğumuzu söyləmək üçün tam əsas var”, – Kasım-Jomart Tokayev bildirib.
Astanada keçirilən şuranın iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Polise.az



