Qazaxıstanda matəm elan olunub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar ayının 10-nu ümummilli matəm günü elan edib.
Bu barədə prezidentin mətbuat katibliyi məlumat yayıb.
Müvafiq qərar ölkənin bir sıra bölgələrində baş vermiş faciəli hadisələr nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar verilib.
Qeyd edək ki, Qazaxıstanda maye qazının ikiqat bahalaşmasına etiraz olaraq, yanvar ayının əvvəllərindən aksiyalar başlayıb.