Qazaxıstanda neft bazasında yanğın baş verib, dörd nəfər xəsarət alıb

Qazaxıstanın Jezkazqan şəhərində neft bazalarından birinin ərazisində baş vermiş yanğın nəticəsində dörd nəfər xəsarət alıb.

Polise.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürənlər bir neçə dəqiqə ərzində hadisə yerinə gəlib. Lakin onlar çatmamış partlayış baş verib.

“Yanğın söndürülüb, neft bazasının dörd əməkdaşı xəstəxanaya yerləşdirilib”, – qurumdan bildirilib.

Mütəxəssislər yanğının səbəbini müəyyənləşdirirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button