Qazaxıstanda qazın qiymətini bahalaşdıran zavod direktoru saxlanıldı
Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru saxlanılıb.
Bu barədə “Zakon.kz”-a istinadən xəbər verilir.
Məlumata görə, direktorla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.
Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazı bahalaşdırıb.
Xatırladaq ki, artıq iki gündür Qazaxıstanda qazın qiymətinin artırılması ilə bağlı etirazlar başlayıb. Qazaxıstan hökuməti istefa verib. Qiymət yenidən endirilsə də, etirazlar hələ də davam edir.Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejimi elan olunub.