Qazaxıstanda yeni aksiyalar başladı
Almatıda yanvar ayında Qazaxıstanda baş vermiş kütləvi etirazların qurbanlarının xatirəsinə hakimiyyətlə razılaşdırılmayan aksiya başlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, aksiyanın keçirildiyi Respublika meydanı nəqliyyat vasitələri və vətəndaşlar üçün açıqdır. Polis əməkdaşları baş verənləri izləyir və aksiyaya müdaxilə etmirlər.
İştirakçılar transparant uzadaraq, yanvar hadisələri zamanı həlak olanların siyahısını abidənin üzərinə yerləşdiriblər. İnsanların meydana gəlməkdə davam etdiyi qeyd edilir.
Fevralın 10-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iğtişaşlara görə məsuliyyət daşıyanların hamısının cəzalandırılacağını bəyan edib. Ölkə başçısı qurbanların çoxluğundan narahat olduğunu etiraf edib.