Qazaxıstandakı atışmalarda daha bir uşaq öldürüldü
Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı daha bir uşaq həlak olub.
Bu barədə dörd yaşlı qızın şəhər meyitxanasında növbəyə duran atası məlumat verib.
Aydos Meldıxan bildirib ki, qızı Korkemay yanvarın 6-da axşam saatlarında həyatını itirib.
Qızların qohumları onu və iki qardaşını cümə axşamı günü ərzaq almaq üçün maşınla aparıblar. Onlar şəhərin mərkəzindən keçəndə atışma olub və güllələr maşına dəyib. Nəticədə başından güllə yarası alan Korkemay dünyasını dəyişib, daha iki uşaq isə yaralanıb.