Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu çəkilir
Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.
Polise.az “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.
Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.
“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, – deyə məlumatda bildirilir.
Polise.az