Qırğızıstan Nüvə Silahlarının qadağan edilməsi haqqında Müqaviləyə qoşuldu

Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev Nyu-Yorkda Beynəlxalq Nüvə Silahlarının Tam Ləğv Edilməsi Gününə həsr olunmuş yüksək səviyyəli plenar iclasda çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Jenbek Kulubayev müraciətində qeyd edib ki, nüvə silahlarının ləğvi və onun yayılmaması ilə bağlı məsələlər Qırğızıstanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Nazir bildirib ki, Qırğızıstan nüvə silahlarının qadağan edilməsi haqqında müqaviləni imzalayan dövlətlər siyahısına qoşulub və bu addım ölkənin beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və yayılmaması kursunun qanuni davamıdır.
Plenar iclasdan sonra Qırğızıstanla Nüvə Silahlarının Qadağan edilməsi haqqında Müqavilənin imzalanması mərasimi olub.
Polise.az



