Qırğızıstan və Azərbaycan Xəzər dənizi vasitəsilə Çin yüklərinin daşınmasını müzakirə ediblər

Azərbaycandan Qırğızıstana neft tədarükü və Qırğızıstanda istehsal olunan quzu əti və lobya daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ixracı perspektivləri müzakirə edilib.

Bu barədə “Report” Qırğızıstanın Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir. Müzakirələr Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə keçirdiyi görüşdə aparılıb.

Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub. Tərəflər bu istiqamətdə birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.

Görüşdə həmçinin ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Qırğızıstan Prezidenti Sadır Japarovun bu ilin aprelində Azərbaycana dövlət səfəri zamanı nizamnamə kapitalı 100 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti müzakirə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button