Qırğızıstanda bütün rusdilli kəndlərin adları dəyişdiriləcək

Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonuna qədər ölkə qalan rusdilli kənd adlarını dəyişdirməyi planlaşdırır.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadir Japarov Oş vilayətinin Alay rayonunun sakinləri ilə görüşündə bildirib.
“Bu işi gələn il başa çatdırmağı planlaşdırırıq”, – o deyib.
Japarovun sözlərinə görə, o, Qırğızıstanda yaşayış məntəqələrinə tarixi şəxsiyyətlərin adlarının verilməsinə də qarşıdır.
Sadır Japarovun 2021-ci ildə prezident seçilməsindən bəri ölkədə 15-dən çox yaşayış məntəqəsinin rusdilli adları rəsmi olaraq dəyişdirilib.
Polise.az



