Qırğızıstanda türk dövlətlərinin süni intellekt üzrə sammiti keçiriləcək

Oktyabrın 9-10-da Qırğızıstan Respublikasının paytaxtı Bişkəkdə türk dövlətlərinin süni intellekt (Sİ) üzrə sammiti keçiriləcək.

“Report”un Mərkəzi Asiya ölkəsinin Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir türk ölkələrindən, Mərkəzi Asiyadan və bütün dünyadan dövlət orqanlarının nümayəndələrini, Sİ sahəsində aparıcı ekspertləri, biznes icmasını, elmi dairələri və İT icmasını bir araya gətirəcək.

“Sammit Sİ sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi və Sİ-nin dövlət idarəçiliyinə, biznesə və sosial təşəbbüslərə tətbiqinin sürətləndirilməsi üçün strategiyaların hazırlanması üçün unikal platforma olacaq. Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin nümayəndələri: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə iştirak edəcək. Türkmənistan və Macarıstan müşahidəçi ölkə statusunda olacaq”, – məlumatda deyilib.

Sammitin məqsədləri:

  • türk dünyasında Sİ-nin inkişaf strategiyalarının hazırlanması;
  • TDT ölkələrində innovasiya və texnoloji tərəqqinin təşviqi;
  • türk dillərinin qorunması və inkişafı üçün Sİ-dən istifadə;
  • Sİ sahəsində iqtisadi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi;
  • Sİ layihələrinə və startaplara investisiyaların cəlb edilməsi;
  • Sİ-nin istifadəsi ilə bağlı etik və hüquqi məsələlərin müzakirəsi.

Dövlət orqanları Sİ-nin dövlət idarəçiliyinə tətbiqi üzrə ən yaxşı təcrübələrə çıxış əldə edəcək və beynəlxalq əməkdaşlığı gücləndirə biləcəklər. Biznes icması yeni müştərilər və tərəfdaşlar tapa, yeni bazarlara çıxa və öz innovativ Sİ həllərini nümayiş etdirə biləcək. Akademik dairələr elmi və tədqiqat tərəfdaşlıqları qura, həmçinin öz layihələri üçün maliyyələşdirmə cəlb edə biləcəklər.

Sammit çərçivəsində İT tərtibatçıları üçün ixtisaslarını artırmaq və ən yeni texnologiyalarla tanış olmaq imkanı verəcək ustad dərsləri və seminarlar keçiriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button