Qızdan “yox” cavabı aldığı üçün ona 7 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılır

Sevgi elan etdiyi qızdan “yox” cavabı aldığı üçün ona 7 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılır.

Adam öldürməyə cəhddə ittiham edilən 22 yaşlı Afiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

İşə Bakı Ağır Cinayətlər məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam ödlürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə bu ilin fevral ayında Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib. Füzuli rayon sakini, 1992-ci il Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button