Qızdırma yaradan yeni virus aşkarlanıb
Rusiyanın “Vektor” mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər.
Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə “manych” adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən “Krım-Konqo hemorragik qızdırması” (KKHQ) olan pasiyentlərin qan zərdab nümunələrində tapılıb.
“Manych”a gənə dişləməsindən yoluxmaq mümkündür. Əsas simptomlar titrəmə və təxminən 39 dərəcə yüksək temperaturdur.
Mütəxəssislərin fikrincə, hələlik “manych” təhlükə yaratmır. Bununla belə, virusun mutasiya edə biləcəyi də istisna edilmir.