Qlobal “DigiEduHack – Hack4World Baku 2023” hakatonu paytaxtımızda keçiriləcək

Bu il qlobal “DigiEduHack” hakatonunun lokal turu olan “Hack4World Baku 2023” noyabrın 10-11-də paytaxtımızda keçiriləcək.

Polise.az  xəbər verir ki, yarışma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), UNEC Rəqəmsal Könüllülər təşkilatı, həmçinin UNEC Startup İnkubatorunun dəstəyi ilə təşkil olunacaq.

“DigiEduHack” Avropa Komissiyasının “Rəqəmsal Təhsil üzrə Fəaliyyət Planına (2021-2027)” uyğun olaraq rəqəmsal təhsil həlləri hazırlamağı hədəfləyən qlobal hakatondur.

Qalib olan komanda Avropa Komissiyası tərəfindən keçirilən “DigiEduHack” qlobal mükafatlandırma mərasiminə qatılaraq böyük hədiyyələr qazanma şansı əldə edəcək. Bundan əlavə iştirakçılar sponsorlar tərəfindən hədiyyələr ilə təmin olunacaqlar.

“Hack4World Baku” hakatonu 2021-ci ildən bu təşəbbüsün bir parçası və Azərbaycandan lokal təşkilatçı kimi qatılan ilk hakatondur.

Qeyd edilən linkdən qeydiyyatdan keçərək bu hakatonda iştirak edə bilərsiniz: https://linktr.ee/hack4world.baku2023

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button