QMİ: Bu məscidlərdə qan veriləcək – SİYAHI

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısını açıqlayıb.

POlise.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri və regionlar üzrə aşağıdakı məkanlarda qanvermə aksiyaları keçiriləcək:

Bakı şəhəri üzrə:
1. Yasamal rayonu “Təzə Pir” məscidi
2. Nəsimi rayonu “Əjdərbəy” məscidi
3. Səbail rayonu “Bibiheybət” məscid ziyaratgahı
4. Xəzər rayonu “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi
5. Nizami rayonu “Sahib-Əz-Zaman” məscidi
6. Nizami rayonu Keşlə qəsəbəsi “Şah Abbas” məscidi
7. Suraxanı rayonu “Qaraçuxur” məscidi
8. Binəqədi rayonu “İmam Əli” məscidi
9. Sabunçu r-n, Bakıxanov qəsəbə “İmam Rza” məscidi

Regionlar üzrə:
10. Şuşa şəhər “Yuxarı Gövhər ağa” məscidi
11. Ağdam şəhər “Cümə” məscidi
12. Gəncə şəhər “İmamzadə” məscid ziyarətgah kompleksi
13. Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi
14. Mingəçevir şəhər “Heydər” məscidi
15. Sumqayıt şəhər “Cümə” məscidi
16. Şəki şəhər “İmam Əli” məscidi
17. Şirvan şəhər məscidi
18. Bərdə şəhər “İmamzadə” məscid ziyarətgahı
19. Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi
20. Masallı şəhər “Cümə” məscidi
21. Masallı r-n, Boradigah qəsəbə xəstəxanası
22. Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi
23. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası
24. Salyan şəhər Mərkəzi “Hacı Tağı” məscidi

Naxçıvan Muxtar Respublikası:
25. Naxçıvan şəhər “Heydər” məscidi
26. Naxçıvan şəhər “Sarvanlar” məscidi
27. Naxçıvan şəhər “Pirqəmiş” məscidi
28. Babək rayon Mərkəzi Xəstəxanası
29. Babək rayon Qahab kənd tibb məntəqəsi
30. Babək rayon Cəhri kənd tibb məntəqəsi
31. Babək rayon Nehrəm kənd tibb məntəqəsi
32. Ordubad rayon Mərkəzi Xəstəxanası
33. Culfa rayon Mərkəzi Xəstəxanası
34. Culfa rayon Bənəniyar kənd tibb məntəqəsi
35. Şahbuz rayon Mərkəzi Xəstəxanası
36. Sədərək rayon Mərkəzi Xəstəxanası
37. Kəngərli rayon Mərkəzi Xəstəxanası
38. Şərur rayon Mərkəzi Xəstəxanası

Qeyd edilib ki, son illər Məhərrəmlik ayında idarənin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir.

Bu il də dindarlar Aşurada – iyul ayının 5-də humanist ənənəni davam etdirərək ehsan niyyəti ilə qan verərək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edə bilərlər.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button