Qonşu ölkədən TƏHLÜKƏ: Litvada fövqəladə vəziyyət ELAN EDİLDİ

Litva hökuməti Belarus ərazisindən havaya buraxılan və qaçaqmal siqaretlərin daşınmasında istifadə olunan hava şarlarının yaratdığı ictimai təhlükəsizlik təhdidləri səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Musavat.com xəbər verir ki, Vilnüsün məlumatına görə, bu cür buraxılışlar dəfələrlə paytaxt aeroportunun fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub və aviadaşımaları pozub.
Tətbiq olunan tədbirlərin müddəti hələ açıqlanmayıb.
Rəsmi Minsk isə məsuliyyəti üzərindən ataraq Litvanı təxribatlarda ittiham edir. Xüsusilə, guya dron vasitəsilə “ekstremist materialların” atıldığını iddia edib. Litva bu bəyanatları yalan adlandırıb.
Polise.az



