Qorbaçov: SSRİ bərpa edilməyəcək, amma…
Keçmiş sovet respublikaları arasında əsl ittifaq artıq ola bilməz.
Bunu SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib.
“Rusiya, Ukrayna, Qazaxıstan və Belarus arasında vahid iqtisadi məkanın yaradılması ideyası var idi. Çox doğru yol idi. SSRİ-nin 80%-i idilər. Lakin artıq ona qayıtmaq mümkün deyil. Bu ölkə liderlərinin ambisiyaları və kaprizləri iqtisadi ittifaqı yaratmağa imkan vermədi”, – deyə o bildirib.
Qorbaçov Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücləndirilməsi gərəkdiyini deyib. O vurğulayıb ki, Rusiya münasibətlərinin pis olduğu keçmiş SSRİ respublikaları ilə əlaqələri bərpa etməlidir:
“Avrasiya İttifaqı, KTMT mövcuddur. Bu təşkilatları gücləndirmək lazımdır. Hər şeyi etmək lazımdır ki, bizim aramızda ayrılıq yaradan respublikalarla münasibətləri bərpa edək. Belə proqram lazımdır”.