Qriqoryan: Bu, baş verəcək, çünki Rusiya belə istəyir
Dünənki gün Ermənistan işlənmiş pampers iyi verir. Mənim Addımım Blokunun uşaqcığazları Robert babanın gəlib, onları ”bo-bo” etməsindən qorxurlar.
Bunu jurnalistlərə açıqlamasında erməni prodüser Armen Qriqoryan deyib.
“Ermənistanda seçki istənilən halda baş tutacaq, çünki Rusiyada belə istəyir. Rusiyanın vecinə də deyil ki, Mənim Addımım Blokunda nə qərar veriblər. Rusiya Robert Köçəryanın diliylə iki gün əvvəl bəyan etdi ki, Ermənistanda seçki baş tutacaq və orada iki blok iştirak edəcək. Bunlardan birinə Köçəryan, digərinə Paşinyan rəhbərlik edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Mənim Addımım fraksiyasının üzvləri Nikol Paşinyanla görüşdə növbədənkənar seçkilərə ehtiyac olmadığı haqda qərar veriblər.