Qrossi: İranın bir neçə nüvə bombası hazırlamağa bəs edəcək uranı var

“Hesab edirik ki, İranın 60 faiz həcmində zənginləşdirilmiş 400 kiloqram uranı hələ də 12 günlük müharibə zamanı hədəf alınan obyektlərdədir”.
Polise.az Teleqraf -a əsasən xəbər verir ki, bunu Atom Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
AEBA rəhbəri xəbərdarlıq edib ki, bu qədər uran bir neçə nüvə bombası hazırlamaq üçün kifayətdir.
“Uran gizlədilmiş olsa və ya dağıntılar altında qalsa belə, bu, nüvə silahlarının yayılması baxımından narahatlıq doğurur”.
Qrossi həmçinin İsfahanda yeni yeraltı obyektə işarə edib:
“Müharibədən dərhal əvvəl Tehran İsfahanda yeni yeraltı obyekti inşa olunduğunu açıqladı, dərhal ora giriş tələb etdik. Giriş təminatı verildi, iyunun 23-də ora getməli idik. Amma həmin gün İsrail İranı bombardman etməyə başladı, AEBA müfəttişləri bu səbəbdən həmin obyektə baş çəkə bilməyiblər”.
Agentliyin baş direktoru əlavə edib ki, AEBA nüvə obyektinin məqsədi, ölçüsü və ya inkişaf səviyyəsi barədə məlumatlı deyil:
“Belə bir obyekt mövcuddur, amma ola bilər ki, yalnız boş məkan olsun və ya orada sentrifuqalarla bağlı hazırlıq aparılsın. Hətta içəridə avadanlıq olub-olmadığını da bilmirik, spekulyasiya etməməliyik”.
Polise.az



